Dünya
İsraildən Makronla bağlı mühüm qərar: Məhkəmə olacaq
İsraillə Fransa arasında gərginlik davam edir. İsrailin xarici işlər naziri İsrael Kats Fransa prezidenti Emmanuel Makrona qarşı hüquqi addım atacaqlarını açıqlayıb.
Publika.az xəbər verir ki, Kats İsrail şirkətlərinin “Euronaval” Müdafiə Sərgisində stend açmasına qadağa qoyduğu üçün Fransa hökumətinin Makrona qarşı qanuni addım atacağını bildirib.
Baş nazir fransız dilində verdiyi açıqlamada qadağanı xüsusilə dost ölkələr ilə onların arasında qəbuledilməz anti-demokratik tədbir kimi qiymətləndirib: “İsrail radikal rejimə qarşı mübarizənin önündə duran yeganə dövlətdir və Fransa bütün Qərb dünyası ilə birlikdə bizə qarşı deyil, bizimlə olmalıdır”.
İsrail mətbuatında yer alan xəbərlərdə İsrailin məsələni Fransa məhkəmələrinə daşıyacağı və Makronun qeyri-qanuni ayrı-seçkilik ittihamı ilə mühakimə ediləcəyi bildirilib.
Qeyd edək ki, 4-7 noyabr tarixləri arasında Fransanın paytaxtı Parisdə keçiriləcək beynəlxalq hərbi dəniz sərgisi olan “Euronaval” Müdafiə Sərgisində İsrail şirkətlərinin stend açması qadağan edilib. Həmçinin yarmarkada İsrail şirkətlərinin yalnız nümayəndə heyəti səviyyəsində təmsil oluna biləcəyi bildirilib.
Roza Şəfiyeva
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO