Dünya
Kim Çen Inın bacısından bu iki ölkəyə sərt mesaj: Nəticələri dəhşətli olacaq!
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq Cənubi Koreya və Ukraynanı tənqid edərək ölkəsinə qarşı hərbi təxribatın dəhşətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Kim Yo-jonq Pxenyanın Rusiyaya dəstək üçün Ukraynaya qoşun göndərdiyi iddialarından sonra Seul və Kiyevi tənqid edib.
O, Cənubi Koreyanın ölkəsinə PUA-lar göndərməsinə "bağışlana bilməyən çirkin hərbi təxribat" şərhini verib:
"Nüvə silahlı dövlətə qarşı hərbi təxribat dünyanın heç bir ölkəsində siyasətçilərin və hərbi ekspertlərin belə təsəvvür edə bilmədiyi dəhşətli vəziyyətlərə gətirib çıxara bilər”.
Kim Ukrayna və Cənubi Koreya rəsmilərini “dəli” adlandırıb və bu ölkələrin nüvə silahı olan ölkələrə qarşı təzyiq etmək imkanı olmadan təsadüfi və ehtiyatsız ifadələr işlətdiklərini vurğulayıb. O həmçinin Kiyev və Seul “ABŞ tərəfindən yetişdirilən pis itlərdir”, - deyə bildirib.
Güneyin göndərdiyi PUA-larla bağlı araşdırmaların davam etdiyini də qeyd edən Kim “Qisas və intiqamımızın necə tamamlanacağını heç kim bilmir" deyib.
Qeyd edək ki, Cənubi Koreya oktyabrın 18-də Şimali Koreyanın Rusiyaya dəstək üçün Ukraynaya təxminən 10 min əsgər göndərməyi planlaşdırdığını iddia edib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə hələlik iddiaları təsdiq edə bilmədiklərini və araşdırmaların davam etdiyini bildirib.
Roza
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...