Dünya
Türkiyə Ordusu terrorçuların hədəflərinə zərbələr endirir
Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında terrorçulara məxsus ümumilikdə 32 hədəfə qarşı hava əməliyyatı həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən yazılı açıqlamada deyilir:
“PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək ölkəyə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq hava əməliyyatları davam edir".
Əməliyyatlarda çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini açıqlayıb.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO