Dünya
Fransanın Yeni Kaledoniyada zülmü: Makron insan hüquqlarını ayaqlar altına alır
Yeni Kaledoniyada baş verənlər 1980-ci illərdən bəri ən böyük vətəndaş qarşıdurmasıdır. Yeni Kaledoniyada səsvermə hüququ hazırda yerli kanaklar və 1998-ci ildən əvvəl Fransadan gələnlərlə məhdudlaşır. Bir çoxu isə siyasi güclərinin azalacağından narahatdır və gələcəkdə müstəqillik referendumunun keçirilməsinin çətinləşəcəyindən qorxur.
Publika.az xəbər verir ki, Fransa hökumətinin yerli xalqla etdiyi razılaşmalara zidd konstitusiya islahatını həyata keçirmək istəməsi Yeni Kaledoniyada başlayan məlum hadisələrə səbəb olub.
Fransa hökumətinin 1988-ci ildə yerli xalqla imzaladığı Noumea müqaviləsinə zidd olaraq ən azı 10 ildir adada yaşayan fransızların seçkilərdə səs verməsinin yolunu açmaq cəhdi may ayında etirazları alovlandırıb.
Fransa hökuməti təxminən bir aya yaxın davam edən hadisələri yatırtmaq üçün adaya minlərlə polis və jandarm göndərib. Mayın 13-də elan edilən fövqəladə vəziyyət müddəti mayın 27-də paytaxt Noumeada vəziyyətin nəzarətə götürülməsi ilə ləğv edilib.
Nümayişlər artdıqca, Fransa hökuməti sentyabrın 23-də Fransa Milli Polisinin Respublikaçı Təhlükəsizlik Bölmələrini adaya göndərib. Fransa hökuməti xalqın şikayətlərinə qarşı yalnız “təzyiq”, qoşun göndərməklə reaksiya verib.
Bundan başqa, Fransa oktyabrın 10-dan etibarən gecə saatlarında komendant saatı tətbiq etməyə başlayıb. Təhlükəsizlik səbəbiylə komendant saatı iki dəfə uzadılıb.
Oktyabrın 11-də Fransanın adaya əlavə təhlükəsizlik qüvvələri göndərəcəyi xəbəri sosial şəbəkələrdə yayıldıqdan sonra yerli əhali “Fort-de-France” hava limanında etiraz aksiyası keçirərək təyyarələrin uçuş-enmə zolağına enməsinə mane olub.
Hava limanı etirazları başa çatdıqdan sonra mətbuatda əlavə 300 əsgərin Martinikə daxil olduğunu təsdiqlədiyi xəbər yayılıb.
Sentyabrın 5-də Fransada baş nazir vəzifəsinə təyin edilən Mişel Barnier hökuməti Yeni Kaledoniyada etirazlara səbəb olan konstitusiya islahatı layihəsinin Fransa parlamentinə təqdim edilməyəcəyini açıqlayıb. Həçminin Yeni Kaledoniyada 2024-cü ilin sonunda keçirilməsi nəzərdə tutulan əyalət seçkiləri ilə bağlı məsələnin 30 noyabr 2025-ci ilə qədər Fransa Parlamentinin yuxarı palatası olan Senatda müzakirəsi gözlənilir.
Fransa hökumətinin adadakı nümayəndəsi olan Fransa Ali Komissiyası bu yaxınlarda komendant saatının uzadıldığını, silah satışı və təhvil verilməsinə, həmçinin toplantı və yürüşlərə qoyulan qadağanın davam edəcəyini açıqlayıb.
Yerli əhali Fransaya göndərilən kanak lideri Kristian Tein də daxil olmaqla 7 müstəqillik tərəfdarının geri göndərilməsini və Fransa hökumətinin konstitusiya islahatlarını geri götürməsini tələb edir. Tien Yeni Kaledoniyada müstəqillik tərəfdarı nümayişlərin təşkilində fəal rol oynayan Sahə Fəaliyyətlərinin Koordinasiya Birliyinə (CCAT) rəhbərlik edib.
Fransanın güc yolu ilə yatırmağa çalışdığı müstəqillik tərəfdarı hərəkata qatılan və may ayında başlayan nümayişləri təşkil etməkdə günahlandırılan Tien iyunun 19-da paytaxt Numeada saxlanılıb, daha sonra Fransaya aparılıb.
Fransa Ali Məhkəməsi kanak lideri Kristian Teinin həbsinə yenidən baxılmasına qərar verib. Tein və digər fəalların etirazları qiymətləndirilib. Həbs proseduru zamanı məxfilik prinsipinin pozulduğu irəli sürülüb.
Ali Məhkəmə Yeni Kaledoniyadan Fransaya gətirilən müstəqillik tərəfdarı Kristian Tein və onu müşayiət edən kanak fəalı Stiv Unenin etirazını qiymətləndirib və həbsdə qalmasına qərar verib.
Ali Məhkəmənin təkrar araşdırma qərarında Yeni Kaledoniyanın müstəqillik tərəfdarı liderinin azadlığa buraxılması ilə bağlı heç bir açıqlama verilməyib.
Bundan əlavə, Ali Məhkəmə Tien ilə birlikdə Fransaya gətirilən daha 3 kanak fəalı Dimitri Quenegei, Guillaume Vama və Ervan Vaetheanenin həbsinə olan etirazları rədd edib.
Onların vəkilləri bildiriblər ki, fəallar Yeni Kaledoniyadan Fransaya köçürülərkən hüquq pozuntularına məruz qalıblar. Yeni Kaledoniyalılar müstəqillik tərəfdarlarının geri göndərilməsini tələb edirlər.
Yerli sakinlər həmçinin hökumətin müstəqillik tərəfdarlarını sıxışdırmaq üçün adaya göndərilən 3000-ə yaxın Fransa təhlükəsizlik qüvvələrinin, eləcə də Yeni Kaledoniyadakı Fransa Ali Komissarı Lui Le Frankın və prokuror İv Dupanın adanı tərk etməsini tələb edirlər.
Birləşmiş Millətlər Təşkilatı (BMT) məruzəçiləri Fransa hökumətinin Yeni Kaledoniyadakı təzyiqlərindən narahat olduqlarını bildiriblər. BMT məruzəçiləri dərc etdikləri birgə bəyanatda qeyd ediblər ki, on minlərlə müstəqillik tərəfdarı olan kanak icması fevral ayından bəri Fransa hökumətinin konstitusiya islahatı təşəbbüsünə qarşı dinc etirazlar təşkil edir, lakin Fransa hökuməti planlarını həyata keçirməkdə israrlıdır.
Məruzəçilər Fransanı əvvəllər adada müstəqillik tərəfdarları ilə imzalanmış müqavilələrə zidd olan konstitusiya islahatını həyata keçirmək istədikdən sonra kanak xalqının hüquqlarını və bu günə qədər dekolonizasiya prosesinin bütövlüyünü ciddi şəkildə pozmaqda günahlandırıb.
Fransanın müstəqillik tərəfdarlarına qarşı hədsiz güc tətbiq etdiyini bildirən məruzəçilər may ayından bəri əsassız həbslər də daxil olmaqla 2235 kanakın həbs edildiyini, 500-dən çox insanın itkin düşdüyünü və 13 nəfərin həyatını itirdiyini diqqətə çatdırıb.
Aysel Şahmar
-
İdman02:19
“Liverpul”u və Kloppu təhqir edən hakim qovuldu
-
Yaxın Şərq01:15
İsrail Suriyadakı silah anbarlarını bombaladı
-
Qoroskop00:35
Günün qoroskopu: Yeni işlərə hazır olun!
-
Nəqliyyat9 Dekabr 23:55
Taksidən istifadə edənlərə ŞAD XƏBƏR
-
Hadisə9 Dekabr 23:25
Nazirliyin tabeliyindəki zavodda YANĞIN oldu
-
Hadisə9 Dekabr 23:09
Sumqayıtdakı partlayışda ölən ata və oğlunun FOTOSU
-
Nida Xəbər 9 Dekabr 22:20
Astana formatı niyə tarixə qovuşur? - Üç dövlətdən ikisi...
-
Hadisə9 Dekabr 22:08
Bu universitetin tələbəsi vəfat etdi - Foto