Dünya
Xəbərdarlıq: Qumar epidemiyaya çevrilir - Təcili tədbir görülməsə...
Dünyanın aparıcı səhiyyə ekspertlərinin fikrincə, qumar qlobal ictimai sağlamlıq üçün artan təhlükəyə çevrilib və bu problem alkoqol və tütünlə eyni qaydada tənzimlənməklə təcili şəkildə həll edilməlidir.
Publika.az xəbər verir ki, bu barədə “Lancet” Xalq Sağlamlığı Komissiyası tərəfindən hazırlanan hesabatda bildirilir.
Hesabata görə, dünyada təxminən 450 milyon insan qumar səbəbindən şəxsi, sosial və ya sağlamlıq problemləri ilə üzləşir.
Bu insanların ən azı 80 milyonu həyatlarında mənfi nəticələrə baxmayaraq, davamlı mərc oyunları ilə məşğul olmağa meyllləndirən "qumar pozğunluğu" adlı psixi sağlamlıq problemi ilə mübarizə aparır.
Mütəxəssislər texnologiya və internet vasitəsilə verilən qumar reklamlarının gənclərə və uşaqlara böyük təsir etdiyini və bunun da qumar asılılığı riskini artırdığını bildiriblər. Xüsusilə onlayn kazinolar və idman mərc oyunları qumar oyunlarının sürətlə artdığı sahələr kimi seçilir.
Hesabatda qumar oyunlarının təkcə maddi itkilər deyil, həm də fiziki və ruhi sağlamlıq problemləri, məişət zorakılığı, intihar riski, cinayət nisbətlərinin artması və iş yerlərinin itirilməsi kimi ciddi nəticələrə səbəb olduğu bildirilib.
Roza
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO