Lukaşenkodan şok sözlər: İkisi də axmaqdır
Bizi izləyin

Dünya

Lukaşenkodan şok sözlər: İkisi də axmaqdır

Belarus prezidenti Lukaşenko ABŞ seçkilərində prezidentliyə namizəd olan Donald Tramp və Kamala Harrisin “axmaq” və “səriştəsiz” liderlər olduğunu bildirib.

Publika.az xəbər verir ki, BRİKS sammitində Rusiyanın VGTRK televiziyasına danışan Lukaşenko ABŞ seçkilərini “gülünc şou” adlandırıb.

Lukaşenko diqqətə çatdırıb ki, nə Donald Tramp, nə də Kamala əsl lider deyillər:

“Hər iki ad bir-birinə boş ritorika ilə davranır. Trampın Ukraynada müharibəyə son qoymaq vədinə inanmıram”.

Ölkəsinin BRİKS-in fəal iştirakçısı olmağa hazır olduğunu bildirən Lukaşenko, təşkilat daxilində rol oynaya biləcəkləri mühüm sahələrdən birinin təhlükəsizlik olduğunu vurğulayıb:

“Qarşılıqlı hörmət, təhlükəsizlik, münaqişəsiz və mübarizəsiz ölkənin inkişafının təminatı yeni dünya nizamımızın qurulmasının prinsipləridir. Qlobal çoxluq təşkil edən bir çox ölkələr üçün iqtisadi cəhətdən özünü təmin edən dövlətlər qurmaq vəzifəsi aktualdır.

Belarus mineral gübrələr, geniş çeşiddə qida məhsulları, kənd təsərrüfatı texnikası və texnologiyaları sahəsində dünyanın aparıcı ixracatçılarından biridir. Dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəmizi veririk”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm