Dünya
İsrail İrana hücum planını təsdiqlədi
İsrailin müdafiə naziri Yoav Qallant və Baş Qərargah rəisi Herzi Halevinin İrana cavab hücumu planını təsdiqlədiyi və hökumətin qərarının gözlənildiyi bildirilib.
Publika.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN adı açıqlanmayan mənbəyə istinadən məlumat verib.
Hücum tarixi ilə bağlı İsrail hökumətinin qərarı və təsdiqinin gözlənildiyi bildirilib. Digər tərəfdən, İsrail ordusu radiosuna danışan bir səlahiyyətli Tel-Əviv rəhbərliyinin hücumu təxirə salmaq məcburiyyətində qalması xəbərinin doğru olmadığını deyib.
Adı açıqlanmayan rəsmi İsrailin hücum üçün uyğun vaxtı seçəcəyini deyib.
Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücuma cavab verəcəyini açıqlayıb.
İsrailin "Kanal 13" televiziyasında yayımlanan xəbərdə ABŞ-ın Təl-Əvivdən İrana hücumunu "yumşaltmasını" tələb etdiyi iddia edilib. Bu iddia ilə bağlı İsrail administrasiyasından heç bir açıqlama verilməyib.
Roza
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO