İranda silahlı qarşıdurma: SEPAH zabiti öldürüldü
Bizi izləyin

Dünya

İranda silahlı qarşıdurma: SEPAH zabiti öldürüldü

İranda Kürdüstan əyalətinin Sərvabad bölgəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri ilə silahlı toqquşma baş verib. Nəticədə bir SEPAH üzvü ölüb, daha iki nəfər isə yaralanıb.

Publika.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

İranda İnsan Haqları Təşkilatının (HENGAW) məlumatına istinadən bildirilir ki, toqquşma "Kürdüstan Azad Həyat Partiyasının" (PJAK) üzvləri ilə baş verib.

Silahlı atışma zamanı öldürülən SEPAH zabitinin Məhəmməd Əhmədpur olduğu bildirilib. Yaralanan iki şəxsin kimliyi ilə hələlik bəlli deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm