Yunanıstan Türkiyə ilə sərhədə əlavə əsgər göndərir
Bizi izləyin

Dünya

Yunanıstan Türkiyə ilə sərhədə əlavə əsgər göndərir

Yunanıstan Türkiyə ilə sərhədə əlavə 150 əsgər göndərəcək.

Publika.az xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis açıqlayıb.

O bildirib ki, Yunanıstanın Türkiyə ilə quru sərhədində yerləşən Evros bölgəsində tikilən təhlükəsizlik hasarı qeyri-qanuni miqrantların ölkəyə keçidini tamamilə önləməkdə 100% effektiv olub və həmin bölgədə sərhədə əlavə 150 sərhədçinin göndərilməsi ilə onların sayı 600-ə çatdırılacaq.

"Bu tədbir milli və Avropa sərhədlərinin qorunması üçün tam səmərəli bir addımdır" - deyə nazir qeyd edib.

Xatırladaq ki, Yunanıstan hakimiyyəti 2020-ci ildən etibarən Evros çayı boyunca təxminən 200 km məsafədə maneə hasarının inşasına başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm