Dünya
Bəzi məktəblərdə hicab qadağan edildi
Rusiyada ibtidai və orta məktəb şagirdlərinə üzlərini və başlarını örtmək qadağan edilib.
Publika.az xəbər verir ki, Rusiyanın Vladimir vilayətinin yerli təhsil idarələri məktəblərin yeni geyim qaydası çərçivəsində şagirdlərə hicab kimi dini geyimləri qadağan edib.
Regional Təhsil və Gənclər Siyasəti Nazirliyindən bildirilib ki, ibtidai və orta ixtisas təhsili alan şagirdlərin geyiminə dair “standart tələblər”lə bağlı qaydalara yeni bənd əlavə edilib.
Yeni qaydaların Rusiya Konstitusiyasına uyğun olduğu qeyd edilib. Həmçinin bununla müsəlmanların xüsusi olaraq hədəf alınmadığı da irəli sürülüb.
Rəsmilər nizamnamənin bir həftə ərzində qüvvəyə minəcəyini vurğulayıb: “Məktəbli forması və şagirdlərin xarici görünüşü ilə bağlı bu qaydalar dövlətin və təhsil müəssisələrinin dünyəvi mahiyyətini və dini neytrallığını qorumaq üçün mövcuddur”.
Qeyd edək ki, Rusiyanın müxtəlif regionları bu yaxınlarda təhlükəsizlik səbəblərini əsas gətirərək oxşar qaydalar tətbiq ediblər.
Roza
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü