Dünya
Ukraynaya bu silahlar verilsə, münaqişə ən təhlükəli fazaya keçəcək
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ukraynaya qanadlı raketlər gətirilərsə, münaqişənin ən təhlükəli fazaya keçmə riski artacaq.
Publika.az xəbər verir ki, Medvedev bu barədə “Telegram” kanalında açıqlama verib.
O, Almaniyanın əsas müxalif Xristian Demokratik Birlik Partiyasının (CDU) lideri Fridrix Merzin açıqlamasını qiymətləndirib.
Merz baş nazir seçiləcəyi təqdirdə Rusiyaya müharibəni dayandırmaq üçün ultimatum verəcəyini, buna əməl olunmazsa, Kiyevə "Taurus" qanadlı raketləri tədarük edərək, Rusiya ərazisinin uzaqmənzilli silahlarla vurulmasına icazə verəcəyini bildirib.
Medvedev sözügedən raketlərin müharibənin gedişatını dəyişməyəcəyini bəyan edib: "Bu, ancaq münaqişənin ən təhlükəli mərhələyə keçmə riskini artırır. Bu barədə prezident Vladimir Putin də xəbərdarlıq etmişdi”.
Medvedev Donald Trampın ABŞ-da prezident seçilməsindən sonra Avropa liderlərinin gərginləşdiyinə də diqqət çəkib: "Avropanın təcrübəli və ağıllı liderləri tarixdə qaldı. Onların yerinə yüksək eqolu dəyərsiz şəxslər gəldi. Bu, böyük ehtimalla pis ssenarinin baş verəcəyi deməkdir”.
Roza
-
Dünya13:37
Bəşər Əsədin 2014-cü ildə öldürülən əmisi oğlunu "asdılar" - FOTOFAKT
-
Cənubi Qafqaz12:53
Bakı və İrəvan Vaşinqtona nə deyir? - Narışkin ABŞ-ın planını de-şifrə etdi
-
Hadisə11:55
Bu rayonun icra başçısının tükürpədən əməlləri
-
İKT11:06
“Whatsapp”a "ev yıxan" yenilik gəlir
-
Yaxın Şərq10:30
Rusiyanın hərbi bazaları necə olacaq? - Suriyanın yeni hakimiyyətindən rəsmi açıqlama
-
Avropa09:18
Zelenski Parisdə Trampa görün nə deyibmiş: Putin yalnız ondan qorxur və...
-
Dünya09:12
Ağlasığmaz məbləğ: Əsəd Suriyadan bu qədər pul çıxarıb
-
İdman08:48
Qurban Qurbanovun oğlu "Traktor"a transfer olunur?