Ərdoğan və Makron arasında telefon danışığı: Bu mövzular müzakirə edildi
Bizi izləyin

Dünya

Ərdoğan və Makron arasında telefon danışığı: Bu mövzular müzakirə edildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, görüşdə Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan görüşdə Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıb. O, Fransanın səfirliyi yenidən açmaq qərarından məmnun olduğunu bildirib.

Ərdoğan suriyalı qaçqınların ölkələrinə qayıtması üçün səylərə başlanıldığını, suriyalıların orada qalmalarını təmin edəcək davamlı şəraitin yaradılması, yenidənqurma və dirçəliş işlərinin aparılması üçün beynəlxalq ictimaiyyətin əməkdaşlıq etməli olduğunu vurğulayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm