Səhiyyə
İşə qəbul prosesində bu şəxslərə üstünlük verilir - TƏBİB sədri
“2024-cü ildə tibb müəssisələrimizə 24.2 milyon müraciət qeydə alınıb, 83.2 milyon xidmət göstərilib”.
Publika.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, bunlar kifayət qədər böyük rəqəmlərdir:
"Bu qədər tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir. Biz də işə qəbul prosesində müasir tendensiyaları, yenilikçi idarəetmə metodunu mənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbər şəxslərə üstünlük veririk. TƏBİB tabeli tibb müəssisələrinin rəhbərlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, resursların effektiv idarəolunması, səhiyyə sahəsinin rəqəmsallaşdırılması,innovativ yeniliklərin tətbiqi, xidmət standartlarının müasir tələblərlə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atır. Eyni zamanda günümüzün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində də işlər aparılır”.
Vüqar Qurbanov qeyd edib ki, 2024-cü il ərzində tibb müəssisələrimizin rəhbər heyətinin işə qəbul olunması üçün 133 namizədi müsahibəyə dəvət edilib:
“Onlardan 79 namizəd müsahibəni uğurla keçərək TƏBİB ailəsinin üzvlərinə çevriliblər. Bundan başqa, 21 müəssisənin ümumi ştat və strukturu dəyişilib”.
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














