Cənubi Koreyada dəhşətli təyyarə qəzası: 179 nəfər öldü - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

Dünya

Cənubi Koreyada dəhşətli təyyarə qəzası: 179 nəfər öldü - VİDEO/YENİLƏNDİ

Cənubi Koreyada Muan hava limanında “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində yalnız iki nəfərin xilas olduğu bildirilir.

Publika.az xəbər verir ki, yanğınsöndürmə xidmətinin ilkin məlumatına əsasən, 179 nəfər həlak olub. Hələlik 85 nəfərin ölümü təsdiqlənib.

“Yonhap” agentliyi sağ qalanlar barədə məlumatların fərqli olduğunu bildirir. İddia edilir ki, iki qadın və bir ekipaj üzvü xilas olub. “Reuters”in məlumatına görə, iki ekipaj üzvü - bir kişi və bir qadın xilas olub.

XXX

Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan təyyarənin qurbanlarının sayı təsdiqlənmiş 64 nəfərdən 85 nəfərə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilib ki, təyyarədə 175 sərnişin - 173 Koreya Respublikası və iki Tailand vətəndaşı , həmçinin altı ekipaj üzvü olub.

Yerli media yalnız iki nəfərin sağ qaldığını iddia edir.

xxx

08:12

Dekabrın 29-da Cənubi Koreyada ölkə tarixində ən böyük hava fəlakətlərindən biri baş verib.

Bu barədə Publika.az xarici KİV-ə istinadla xəbər verir.

Bildirilir ki, Banqkokdan Muan Beynəlxalq Hava Limanına uçan "Jeju Air" şirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi təyyarəsi eniş zamanı qəzaya uğrayıb. Təyyarədə 175 sərnişin və altı ekipaj üzvü olub.

Təyyarə yüksək sürətlə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb, daha sonra bir neçə hissəyə parçalanaraq alovlanıb. Xilasetmə əməliyyatı başlayandan bir neçə saat sonra yanğın söndürülüb.

Son məlumatlara görə, təyyarədə olan hər kəsin öldüyü ehtimal olunur.

Cənubi Koreyanın "Yonhap" agentliyi xəbər verir ki, ilkin təhqiqat eniş zamanı eniş aparatları sisteminin mümkün nasazlığını göstərir. Mütəxəssislər bunun səbəbinin texniki nasazlıq və ya uçuş-enmə zolağında təyyarənin hərəkətinə nəzarət edə bilməməsinə səbəb olan quşların vurması ola biləcəyini ehtimal edirlər. Qəzanın dəqiq səbəbi yalnız qəza yerində tapılan uçuş qeydlərinin təhlilindən sonra məlum olacaq.

Yerli hakimiyyət orqanları hadisəyə reaksiya verib. Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edən Çoi Sanq-mok zərərçəkənlərə yardım etmək və xilasetmə əməliyyatlarını həyata keçirmək üçün bütün mümkün resursları səfərbər etməyə çağırıb. Mümkün sağ qalanların axtarışı və qəzanın nəticələrinin aradan qaldırılması üçün qəza yerinə 80-dən çox yanğınsöndürən və 180 hərbi qulluqçu göndərilib.

Muan qəzası Cənubi Koreyanın ən böyük aşağı büdcəli aviaşirkəti "Jeju Air"in 20 illik tarixində ilk təyyarə qəzasıdır.

Şirkət əvvəllər "Ryanair"ə məxsus olan "Boeing 737-800"ü 2017-ci ildən idarə edir. Təyyarə müntəzəm texniki qulluqdan keçib, lakin son yoxlamanın təfərrüatları hələlik açıqlanmayıb.

Ölən və yaralananların ailələrinə psixoloji və maddi dəstək verilir. Səlahiyyətlilər faciənin səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün əllərindən gələni edəcəklərini bildiriblər. Xilasetmə işləri davam edir və beynəlxalq ekspertlər texniki və ekspert yardımı göstərmək üçün istintaqa qoşulmağa hazırdırlar.

xxx

07:47

Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Publika.az əbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Son xəbərlərə görə, təyyarə qəzasında 3 nəfər sağ qalıb.

Qəzaya uğrayan Boeing 737-800 (737-8AS) təyyarəsi 2009-cu ilin avqustunda istehsal edilib. Layner nisbətən yeni hesab olunur və “Jeju Air” şirkətinin ümumilikdə, 2023-cü ilin sentyabrına qədər 39 belə təyyarəsi var.

“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.

xxx

05:33

Cənubi Koreyanın Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 28 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Belə ki, Banqkokdan gələn təyyarə eniş zolağından kənara çıxıb və hasara çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, quşlarla toqquşduğu üçün təyyarənin eniş mexanizmləri işləməyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm