Maraq dünyası
Evə girən ayı görün harada yatdı
Yaponiyada bir kişi evdə qonaq otağında stolun altında yuxuya gedən ayı tapıb.
Publika.az xəbər verir ki, bu barədə “Sora News 24” yazıb.
Hadisə dekabrın 23-də Fukusima prefekturasının Kitakata şəhərində baş verib . 60 yaşlı kişi evdən çıxıb və axşam qayıdanda qonaq otağında qızdırılan stolun altından ayı çıxdığını görüb.
Çağırılmamış qonağı görən ev sahibi qonşuya gedib və oradan polisə müraciət edib. Tezliklə yenidən evə baxıb: ayı yuxudan oyanıb və masanın üstündəki qəlyanaltıların dadına baxıb.
Hadisə yerinə gələn ovçular və polis bütün qonşuları xəbərdar edib və bir müddət evlərini tərk etmələrini istəyib. Səhəri gün onlar fişənglərdən istifadə edərək ayını evdən qovublar. Yırtıcı çölə qaçaraq yaxınlıqdakı tövlədə gizlənib. Ovçular heyvanı içərisində yuxu dərmanı olan oxla vurub, sonra isə onu insan məskənindən uzaq, dağlara aparıblar.
Tural
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı













.jpg)
























