Dünya
Qazaxıstanda 95 avtomobil toqquşdu: yaralılar var - Yeniləndi
Qazaxıstanda xilasedicilər 95 avtomobilin iştirakı ilə baş verən zəncirvarı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 10 nəfəri xəstəxanalara çatdırılıb.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xilasetmə əməliyyatları zamanı 8-i uşaq olmaqla 71 nəfər təxliyə edilib. Daha 11 nəfər xilas edilib.
***
Qazaxıstanın Akmola vilayətində sürücülərin sürət rejimini və məsafəni pozması nəticəsində 95 avtomobilin iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, qəza Janatalap kəndi yaxınlığında, yolun 153-cü kilometrliyində baş verib.
Hazırda hadisə yerində polis və fövqəladə hallar xidmətinin əməkdaşları tədbirlər görür. Avtomobillərin təxliyəsi və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi həyata keçirilir.
Daha əvvəl təcili yardım xidmətləri bölgədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq etmiş və bütün sürücülərə, xüsusilə şəhərkənarı yollarda səyahətdən çəkinməyi tövsiyə etmişdi.
-
İdman17:36
“Mançester Siti” özbək futbolçu üçün HƏRƏKƏTƏ KEÇDİ
-
Magazin117:24
Azərin xanımından təsirli paylaşım: "Gedəcəyəm yanına könlümüz açılsın deyə" - FOTO
-
İdman15:15
Ronaldodan acı etiraf: Bu iki klubla rəqabət aparmaq çətindir
-
Ekologiya15:05
Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
-
Nəqliyyat14:45
Bakıdan bu şəhərə aviareys ləğv edildi
-
Magazin114:15
Azər Baxşəliyev dəfn olundu - Fotolar/Yeniləndi
-
Ekologiya13:05
Yeni ilin ilk iş günündə hava necə olacaq?
-
Sağlamlıq12:15
Metapnevmovirus yayılır - Bu yaşlarda olanlar TƏHLÜKƏDƏDİR