Dünya
Türkiyə Sarıqamış qəhrəmanlarının xatirəsini yad edir
Türkiyənin şərqində yerləşən Qars vilayətində Sarıqamış döyüşü qəhrəmanlarının xatirəsinə həsr olunmuş ənənəvi yürüş keçirilib.
Publika.az xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrindən minlərlə insan şiddətli şaxtalara baxmayaraq, 110 il əvvəl baş vermiş tarixi döyüş yerinə toplaşıb.
Yürüş iştirakçıları əllərində Türkiyə bayraqları mənfi 15 dərəcə soyuqda “Sizin ayaq iziniz bu torpaqlarda qalır” şüarı ilə Allahuəkbər dağ silsiləsindən Qızılbuçuk yüksəkliyinə qədər 4,5 km məsafəni qət ediblər.
Aksiyada gənclər və idman naziri Osman Aşkın Bak, milli müdafiə naziri Yaşar Güler, parlament, siyasi partiyaların nümayəndələri, Qars valisi Ziya Polat, hərbçilər, Türkiyənin müxtəlif bölgələrindən gələn sadə insanlar iştirak ediblər.
Sarıqamış döyüşü iştirakçılarının xatirəsinə dualar oxunub.
Xatırladaq ki, Birinci Dünya müharibəsi dövründə Ənvər Paşanın komandanlığı ilə Osmanlı ordusu Şərqi Anadolunun rus ordusu tərəfindən ələ keçirdiyi əraziləri azad etmək üçün hücuma keçib. Döyüş bölgəsində minlərlə Türkiyə övladı soyuqdan donaraq həlak olub.
-
Dünya09:27
7 bal gücündə zəlzələ baş verdi: 53 nəfər öldü - YENİLƏNDİ / VİDEO
-
Region09:12
Gürcüstanda qaçırılan Rusiya vətəndaşının meyiti tapıldı
-
Ekologiya07:35
Xəzər dənizi ilə bağlı böyük təhlükə: Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ
-
ABŞ07:15
Tramp söz verdi: Baydenin qoyduğu bu QADAĞAnı ləğv edəcək
-
Hadisə01:00
AZAL-ın təyyarəsinin qara qutusu OXUNDU
-
Qoroskop00:10
Günün qoroskopu: Maliyyə məsələlərində diqqətli olun!
-
Hadisə6 Yanvar 23:55
Azərbaycan-İran sərhədində zəlzələ oldu
-
Sağlamlıq6 Yanvar 23:41
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? - VİDEO