Şolts Putinlə görüşmək üçün Moskvaya gələcək? - Özü açıqladı
Bizi izləyin

Dünya

Şolts Putinlə görüşmək üçün Moskvaya gələcək? - Özü açıqladı

Almaniya kansleri Olaf Şolts fevralın 23-də keçiriləcək ümumi seçkilərdən əvvəl Moskvaya gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi ilə bağlı iddialara cavab verib.

Publika.az xəbər verir ki, Şolts bu iddiaları təkzib edib. Kansler qeyd edib ki, bu xəbərlər həqiqəti əks etdirmir.

Xristian Demokrat Partiyasından (CDU) millət vəkili Roderich Kiesevetter “X” sosial media platformasındakı paylaşımında deyib: “Özümüzü seçki kampaniyası sürprizinə hazırlamalıyıq. Kansler Şoltsun fevralın 23-dən əvvəl Moskvaya səfər edəcəyi və ya Putinlə görüşəcəyinə dair fikirlər artır”.

Kiesevetter daha sonra bu yazını silib. Digər tərəfdən, hökumət sözçüsü Steffen Hebestreit Kiesevetterin iddiası ilə bağlı hüquqi addım ata biləcəklərini açıqlayıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm