Dünya
Qonşumuzda hərbi xidmət 6 ay oldu - İş yerində maaşı saxlayacaqlar
Yanvarın 1-dən Gürcüstanda məcburi müddətli xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minib. Qanuna görə, bundan sonra çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılacaq hərbi xidmətə göndəriləcəklər.
Publika.az xəbər verir ki, xidmətə çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək.
Yeni qaydalara görə, hərbi xidmətdən bir dəfə möhlət almaq olar, bu 5 min lariyə, yəni 2 min dollara başa gələcək.
Gürcüstanda müddətli xidmət ödənişli olmaqla məzuniyyət və istirahət günlərindən ibarət olacaq. Çağırışçı özü üçün üç xidmət variantından birini seçə bilər.
Hərbi xidmətə çağırış il ərzində mərhələli şəkildə həyata keçiriləcək. Döyüş bölməsində xidmətə çağırış aprelin 15-dən başlayacaq və 6 ay olacaq. Mühafizə və təminat bölmələrində xidmətə çağırış dörd mərhələdə - martın 15-də, iyunun 1-də, avqustun 15-də və noyabrın 1-də həyata keçiriləcək. Xidmət isə 8 ay olacaq. Kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə çağırış isə oktyabrın 15-də başlayacaq. Bu kateqoriya üzrə xidmətin müddəti 11 nəzərdə tutulub.
Yeni qaydalara əsasən çağırışçılar əvvəlki iş yerlərini saxlayacaqlar. Dövlət qurumunda çalışanlar maaşlarını alacaq, xidmət yerində isə onlara istirahət günü veriləcək. Həmçinin onlara ictimai nəqliyyatdan pulsuz istifadə etmək imkanı yaradılacaq.
Eyni zamanda, layihə çərçivəsində bütün dini konfessiyaların xidmətçiləri alternativ xidmət keçəcəklər. Tələbələr öz istəklərinə uyğun variant seçə bilərlər. Yəni onlar ya ildə bir dəfə 1 ay müddətinə kurs keçə bilərlər, ya da bu kursu təhsildən ayrılmadan keçə biləcəklər. Tələbələr özlərinə uyğun variantı seçərək ildə bir dəfə bir ay və ya fasiləsiz zabit rütbəsi almaq üçün intensiv kurs keçə bilərlər.
-
Region04:44Güclü zəlzələ Aralıq dənizini çalxaladı
-
İdman03:43Çempionlar Liqasının ən yaxşı on qolu - Video
-
Dünya03:13Hindistanda üçmərtəbəli bina çökdü - 20 nəfər dağıntılar altında qaldı
-
Magazin201:11Məşhur müğənni 48 yaşında vəfat etdi - Foto
-
Art00:45"Oğlum məni görəndə qorxub ağladı, elə bildi ki..." - Video
-
Qoroskop00:00Günün ulduz falı - Taleyin dərin qatları dəyişməyə başlayır
-
İdman7 Fevral 22:12"Barselona" Superliqadan getdi
-
Sosial7 Fevral 22:00AZTV-nin sədr müavininə ağır itki






























