Dünya
Milyonlarla gəlir əldə etmiş 12 gizli yeraltı internet-kazino aşkarlandı
Polis əməkdaşları ümumilikdə 12 gizli yeraltı internet-kazino aşkarlayıb və onların fəaliyyətləri ləğv olunub. Publika.az Qazeta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Vladimirsk vilayətində baş tutmuş əməliyyatda 150-dən artıq polis əməkdaşı iştirak edib.
«Qanunsuz qumar oyunları təşkil etməkdə şübhəli bilinən 29 ayrı-ayrı ünvanda, o cümlədən 12 yeraltı məkanda eyni vaxtda əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə təxminən 100 ədəd avadanlıq, kompüterlər, müştərilərə onlayn qumar oyunlarına daxil olmağı təmin edən vasitələr, eləcə də maliyyə gəlirləri əks olunmuş müvafiq sənədlər tapılaraq götürülüb», deyə Rusiya hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir.
İstintaq orqanı iddia edir ki, bu cinayət şəbəkəsi 2012-ci ilin sonlarında yaradılıb. O da qeyd olunur ki, sabit cinayətkar qrup qumar oyunlarının hər bir iştirakçısının davranışını nəzarətdə saxlamaq üçün aydın qaydalar müəyyən edib. Həmin qaydalara görə, oyun iştirakçıları heç bir halda təşkilatçının göstərişindən kənara çıxa bilməz. Əgər bu, baş verərsə, o zaman onlayn qumar oyununa müştəri kimi cəlb olunmuş şəxs dərhal dislokasiya oluna bilər.
Sonda o da bildirilir ki, sözügedən cənayətkar şəbəkə
qeyri-qanuni qumar oyunlarının təşkilindən 10 milyon rubldan artıq
gəlir əldə edib.
Vazeh
-
Nida Xəbər 03:13
Qazaxın Qızılhacılı kəndindən yeni GÖRÜNTÜLƏR - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır?
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onun əsarətinə düşə bilərsiniz
-
Magazin12 İyun 23:24
"Evli ola-ola subay qızlara girişirlər, sonra da..." - FOTO
-
Avropa2 İyun 21:48
Zelenskidən Fələstin AÇIQLAMASI: "İki dövrü qarışdırmayın"
-
Sosial2 İyun 21:12
Özünü təmtəraqla hazırlanmış mağardan asan bəyin atası DANIŞDI - VİDEO