Dünya
Amnesty International Kadırovdan tələb etdi
Amnesty International təşkilatı Qroznıda baş verən hücumda iştirak etmiş silahlıların qohumlarına məxsus 5 evin yandırılması ilə bağlı araşdırmanın aparılmasına çağırıb.
Publika.az-ın məlumaına görə, hüquq müdafiə təşkilatı evlərin yandırılmasını “kollektiv cəzalandırma” kimi dəyərləndirib.
"Cinayətdə iştirak etməkdə şübhəli şəxslərin qohumlarının cəzalandırılması beynəlxalq qanunların kobud pozulmasıdır. Kollektiv cəzalandırma aktlarına heç bir bəraət qazandırıla bilməz. Federal hakimiyyət müstəqil və qərəzsiz araşdırmanı təmin etməlidir”, - Amnesty International təşkilatında Avropa və Mərkəzi Asiya proqramlarının rəhbəri John Dalhuisen bildirib.
Çeçenistan hakimiyyəti bu bəyanata münasibət bildirməyib.
Qeyd edək ki, dekabrın 4-də Qroznının mərkəzində silahlı dəstə ilə güc strukturları əməkdaşları arasında toqquşma baş verib. Basqına görə “İmarat Qafqaz” qrupu məsuliyyəti öz üzərinə götürüb. Atışmada 9 silahlı öldürülüb, 10 polis həlak olub.
Hadisədən bir gün sonra isə öldürülmüş şəxslərin qohumlarının evlərinə od vurulub. Hüquq müdafiə təşkilatına əsasən evlərin yandırılmasının arxasında Çeçenistan güc struktrurlarının əməkdaşları durur. Məlumata görə, Açxoy-Martan rayonunun Yandi kəndində 4 ev, Qudermes şəhərində bir və Qudermes rayonunun Engel-Yurt qəsəbəsində daha bir evə od vurulub.
“Memoriala” istinad edən “Kavkaz-uzel” internet portalında Yandi kəndində yandırılmış evlərin şəkilləri yerləşdirilib.
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO