Bunu etsələr, məhv ediləcəklər - Tramp Pezeşkianla görüşə bu şərtlə RAZILAŞDI
Bizi izləyin

Dünya

Bunu etsələr, məhv ediləcəklər - Tramp Pezeşkianla görüşə bu şərtlə RAZILAŞDI

ABŞ lideri Donald Tramp İran prezidenti Məsud Pezeşkianla görüşə icazə verib.

Publika.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı müvafiq bəyanatla çıxış edib.

ABŞ-ın İrana maksimum təzyiqini bərpa etmək üçün sərəncam imzaladıqdan sonra Tramp ümid etdiyini bildirib ki, o, bundan tez-tez istifadə etmək məcburiyyətində qalmayacaq. "İran prezidenti ilə görüş və ya birbaşa əlaqə barədə düşünəcəksinizmi", - sualına Tramp “bəli” cavabını verib.

"Görəcəyik ki, İranla razılığa gələ bilək, yoxsa sövdələşək", - Amerika lideri qeyd edib.

Mümkün razılaşmanın təfərrüatları ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Tramp vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz.

"Biz İrana və ya başqasına qarşı sərt mövqe tutmaq istəmirik, lakin onların nüvə silahı ola bilməz", - ABŞ prezidenti deyib.

Trampdan ona və ya komandasının üzvlərinə qarşı sui-qəsd olarsa, İranın hansı nəticələrlə üzləşə biləcəyi də soruşulub. “Bunu etsələr, məhv olacaqlar, axırı belə olacaq. Mən göstərişlər verdim və bunu etsələr, məhv ediləcəklər, heç nə qalmayacaq”, - Amerika lideri bildirib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm