Dünya
Obama Bibliyanı “dəyişdirdi” - VİDEO
ABŞ prezidenti Barak Obama Bibliya ilə bağlı yanlışlığa yol verib.
Publika.az-ın “Time” jurnalına istinadən verdiyi məlumata görə, ABŞ dövlət başçısı Tennessi ştatının paytaxtı Neşville şəhərində keçirilən tədbirdə dini kitabdan yanlış sitat gətirib.
Obama Bibliyadan bu sözləri sitat gətirib: “Bibliyada deyilir: şüşə evlərə daşları atma və ya da başqasının gözündəki budağı göstərmədən əvvəl öz gözündə tirin olmamasından əmin ol (The good book says don't throw stones at glass houses, or make sure we're looking at the log in our eye before we are pointing out the mote in other folks' eyes)”.
Amerika jurnalı qeyd edir ki, Obamanın sitatının birinci, yəni “şüşə evlərə daşları atma” hissəsi XIV əsr ingilis şairi Cefri Çoseranın dövründə yaranmış məsəlin versiyasıdır.
Orijinalda isə belə səslənir: “Qonşuya daşları atma, əgər şüşə evdə yaşayırsansa” (People who live in glass houses shouldn't throw stones). Bu fikrin mənası isə odur ki, əgər özündə səhv və çatışmazlıqlar varsa, buna görə başqalarını tənqid etmək lazım deyil.
Obamanın sitatının ikinci hissəsi isə İncildən götürüldüyü bildirilir: “Sən qardaşının gözündə toz dənəsinə baxırsan, amma öz gözündə tirlərə fikir vermirsən?"
Ömər Dağlı
-
Rəsmi xronika14:17
Prezident və xanımı Zəngilanda açılışda iştirak etdi
-
Dünya13:04
NATO-nun 10 ən güclü ordusu hansılardır? - Yeni araşdırma Türkiyəni...
-
Sosial12:30
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
-
Sosial12:06
Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edildi
-
İqtisadi gündəm11:30
Azərbaycanda problemli kreditləri azaldan səbəb: Görün banklar nə edirlər
-
Art11:00
Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi
-
Dünya10:20
Qərb Ukraynadan tezliklə imtina edəcək - İDDİA
-
Elm və təhsil09:34
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ