Dünya
Olland Sarkozinin kadrlarını vurur
Fransa prezidenti Fransua Olland keçmiş prezident Nikola Sarkozinin vəzifədə olan ən yaxın adamlarını uzaqlaşdırmağa başlayıb.
Publika.Az-ın məlumatına görə, Olland Sarkoziyə yaxınlığı ilə tanınan 3 polis rəisini işdən azad edib.
Ollandın rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin toplantısından sonra verilən açıqlamada Daxili Kəşfiyyat İdarəsinin rəhbəri Bernard Squarçini, Baş Polis İdarəsinin rəhbəri Frederik Peşenard və Paris Polis İdarəsinin rəhbəri Mişel Qodinin vəzifələrindən azad edildiyi bildirilib.
İşdən azad edilənlərin keçmiş prezident Sarkozi ilə həddindən artıq yaxın olmaları solçuların narazılığına səbəb olmuşdu.
Sarkozinin daxili kəşfiyyat vasitəsilə mətbuat nümayəndələrinin telefonlarını dinlətdiyi ilə bağlı iddialar insan haqları dərnəkləri və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən tənqid olunmuşdu.
Anar Əhmədov
Publika.Az
-
Magazin102:42Zaurun anası ilə VİDEOSU hər kəsi təsirləndirdi - VİDEO
-
Avropa02:12Şahzadə Londonda "sevgi dərsi" keçdi - FOTO
-
Art01:11Prezidentin qızları və gəlini "Gülçöhrə və Əsgər" tamaşasının premyerasında - FOTO
-
İdman00:45Şahruddin tənqidlərə cavab verdi: “Dili mükəmməl bilməsəm də...”
-
İdman00:15Millimiz Avropa çempionatının seçmə mərhələsində QƏLƏBƏ AZANDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, çox şeyi dəyişdirəcək
-
Art18 Noyabr 23:24“Atam sonuncu dəfə əlimi sıxdı, alnımdan öpdü”
-
İdman18 Noyabr 22:48Dava düşdü, maşının açarı futbolçunun alnına ilişdi





























