Dünya
Azərbaycanlı politoloq Dəmirəlin müdafiəsinə qalxdı
1997-2001-ci illərdə Türkiyədə yaşamış politoloq Qabil Hüseynli 9-cu prezident Süleyman Dəmirələ qarşı qaldırılmış cinayət işinə münasibət bildirib. Qabil Hüseynli Publika.Az-a Süleyman Dəmirəlin günahsız olduğunu deyib:
“Süleyman Dəmirələ qarşı cinayət işi 28 fevral 1997-ci il olaylarına görə qaldırılıb. Bəri başdan deyim ki, ona qarşı ittihamların heç bir hüquqi əsası yoxdur. 1997-ci ilin fevral ayının 28-də Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında baş nazir Nəcməddin Ərbakanın vəzifədən azad edilməsi haqqında qərar qəbul edilib.
Türkiyədə Milli Təhlükəsizlik Şurası SSRİ dövründə Siyasi Büroya oxşar səlahiyyətlərə malikdir və onun qərarı direktiv xarakter daşıyır. Əslində Nəcməddin Ərbakan özü istefa vermişdi və Milli Təhlükəsizlik Şurası da bu qərarı ratifikasiya etdi.
Düzdür, indi iddia edirlər ki, guya Ərbakan buna məcbur edilib. İstənilən halda hökumət rəhbəri məcburiyyət qarşısında geri çəkilirsə, demək, o, işinin öhdəsindən gələ bilmir və bu halda onun istefası labüddür”.
Qabil Hüseynli hesab edir ki, Nəcməddin Ərbakan Tansu Çillərlə qurduğu koalision hökumətin başçısı olduğu dövrdə ciddi siyasi səhvlərə yol verib:
“Liviyaya səfəri zamanı diktator Müəmmər Qəddafinin Türkiyəni aşağılayan fikirlərinə susqunluq nümayiş etdirmişdi. İranda ziyafət verir, molla rejimi ilə əməkdaşlığın zəruriliyindən danışırdı. Digər tərəfdən Atatürkün qoyduğu dünyəvilik prinsiplərinə arxa çevirirdi. Bütün bunlardan sonra Milli Təhlükəsizlik Şurası onu Türkiyəni geri atmaqda ittiham edərək, istefaya səslədi və o, könüllü olaraq vəzifədən getdi”.
Bu prosesdə Süleyman Dəmirəlin əsas təşkilatçı olması fikrini bölüşməyən Qabil Hüseynli deyib ki, bir adamın belə zərər görmədiyi, heç bir hərbi çevrilişin qeydə alınmadığı olayın yenidən gündəmə gətirilməsi qaranlıq mətləblərdən xəbər verir:
Hazırda hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının rəhbərləri vaxtilə Nəcməddin Ərbakanın liderlik etdiyi partiyanın üzvləri olublar:
“İndi ələ düşən fürsətdən istifadə edirlər. Əgər bu gün ölkənin 137 nüfuzlu ordu admiralını, iki baş qərargah rəisinı, dörd dəfə baş nazir, bir dəfə prezident olmuş, 40 ilin qocaman siyasətçisini cinayət məsuliyyətinə cəlb etdirirsə, buna nə ad vermək olar? Bu, keçmişə qayıdış və qisasçılıq əlamətidir”.
Azər Niftiyev
Publika.Az
-
Dünya08:30Bağdaddakı ABŞ səfirliyinə hücum edildi
-
ABŞ07:35ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons

































