Dünya
Yaponiyada güclü qar 24 nəfərin həyatına son qoyub
Yaponiyanın şimal adası olan Hokkaydoya və Hönsü
adasının şimalına yağan güclü qar nəticəsində son bir ayda 24 nəfər
həlak olub. Bu barədə NHK televiziya kanalı məlumat
yayıb.
Publika.az-ın məlumatına görə, AzərTac-ın Tokiodakı xüssusi müxbiri
xəbər verir ki, həlak olanların əksəriyyəti evlərinin damına yağan
qarı təklikdə təmizləmək istəyən yaşlı insanlar olublar.
Yaponiyanın şimalında noyabrın ortalarından başlayan güclü qar
Yapon dənizi sahillərində yerləşən bir çox regionlarda nəqliyyatın
hərəkətində ciddi problemlər yaradıb. Təbii fəlakət ən çox Hokkaydo
adasına zərər vurub. Burada yağan güclü qar yüzlərlə aviareysin
təxirə salınmasına və qatarların hərəkətinin dayanmasına səbəb
olub. Bəzi uşaq bağçaları bir neçə günlüyə bağlanıb, sahilə yaxın
ərazidə yaşayan insanlar təxliyə olunublar. Bir çox prefekturalarda
qarın hündürlüyü 80-120 santimetrə çatıb.
Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə,
yanvarın əvvəllərində ölkənin şimalında və şimal-şərq hissəsində
güclü qar yağacağı gözlənilir.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ