Dünya
Moskvada "oğru"ların ən böyük “sxodka”sını Kreml keçirir
“Şakroya oğruları yığmaq üçün Kremldən əmr verilib”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə “Novaya qazeta”nın müxbiri Sergey Kanev çıxış edib.
O, Şakronun Daxili İşlər nazirinin müavini ilə görüşdüyünü bildirib:
“Şakronun həbs həyatının bitməsindən dərhal sonra onu aeroportdan birbaşa Daxili İşlər Nazirliyinə gətirdilər. O, general Vaniçkinlə görüşdü. Vaniçkin Daxili İşlər nazirinin müavinidir. Şakronun qarşısında klanlararası müharibənin bitməsi, nizamın qorunması ilə bağlı sərt tələblər qoyulub. Mənim bildiyim qədəri ilə Şakronun çarəsi yox idi. O, Tiflis və Kutaisi klanları arasında müharibəni dayandırmağa razılıq verib. Əks halda, Şakronu Tiflisə verəcəkdilər. Burada isə onu 15 il həbs gözləyirdi”.
Qeyd edək ki, dekabrın 26-dan etibarən MDB və Avropa ölkələrindən olan nüfuzlu qanuni oğrular Moskvaya toplaşmağa başlayıb. Onlar paytaxta “kriminal generalların” ən böyük miqyaslı "sxodka"sına qatılmaq üçün gəliblər. “Sxodka”nın Yeni ilə qədər baş tutması gözlənilir. “Sxodka”da Şakron 150 nəfər gənc avtoritetin taleyinə aydınlıq gətirəcək.
Xatırladaq ki, mətbuat "sxodka"nın təşkilatçısının Rusiya mafiyasında "bütün bosların bosu" adlandırılan Zaxariy Kalaşov (Şakro Molodoy) olduğunu bildirir.
Tədbirə Yunanıstanda yaşayan David Sebiskveradze (Dato) və Vaja Biqanişvilinin də qatılacağı deyilir.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ