Dünya
İtaliya prezidentinim Yeni il müraciəti: “İstefaya gedirəm”
İtaliya Prezidenti Corco Napolitano xalqa Yeni il
müraciətində tezliklə dövlət başçısı postundan istefa verəcəyini
təsdiqləyib.
Axar.az RİA Novosti-yə istinadla
bildirir ki, Napolitano “Güman edildiyi kimi, tezliklə istefa
verəcəm”, - deyib.
2015-ci ilin iyun ayında 90 yaşı olacaq dövlət başçısı qeyd edib
ki, bu qərarı şəxsən özü qəbul edib və bu, artıq vəzifəsini icra
etməyə mane olan, məhdudiyyətlər və çətinliklər yaradan yaşı ilə
bağlıdır.
Prezidentin sözlərinə görə, onun istefası İtaliyanın milli
maraqlarına yönlənib. O, ümid edib ki, ölkənin siyasi qüvvələri
yeni dövlət başçısı seçkilərinə məsuliyyətlə yanaşacaqlar.
Napolitani İtaliyanın tarixində ikinci müddətə seçilən ilk
prezidentdir. O, 2013-cü ilin aprelində ikinci dəfə prezident
seçildikdən dərhal sonra bildirmişdi ki, dövlər başçısı postundan
vaxtından əvvəl gedə biləcəyi istisna deyil. Prezident o vaxt qeyd
etmişdi ki, ikinci dəfə seçilməyə yalnız ölkə qarşısındakı
məsuliyyət hissinə görə razılıq verib.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı