Dünya
Kadırov şəxsən özü əməliyyat keçirdi: terrorçu öldürüldü
Bu gün səhər Çeçenistanda xüsusi əməliyyatlar zamanı quldur dəstəsinin başçısı məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə xüsusi əməliyyata şəxsən rəhbərlik edən Çeçenistan Prezidenti Ramzan Kadırov yurnalistlərə məlumat verib. Kadırovun sözlərinə görə, başçılıq etdiyi əməliyyatda quldur dəstəsinin başçısı öldürülüb:
“Çeçenistanın Naur rayonundakı Mekensk stansiyasında keçirilən əməliyyatlar zamanı quldur dəstəsinin başçısı, məşhur terrorçu Musa Zavqayev və onun əlbiri məhv edildi”.
Kadırov qeyd edib ki, əməliyyyat bir həftə ərzində planlaşdırılıb. O, hazırlıqlara da şəxsən özünün rəhbərlik etdiyini bildirib.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, əməliyyatın gedişində bir neçə polis nəfəri yüngül xəsarət alıb. Hazırda istintaq tədbirləri görülür.
Qeyd edək ki, Zavqayev Çeçenistanın şimal rayonlarında – Naursk, Nadtereç, Şelkovsk - fəaliyyət göstərirdi. Məlumata görə, o, 2000-ci ildən dəstəyə başçılıq edir və artıq çoxdan axtarışda idi.
Əməliyyatda Rusiya və Çeçenista DİN-in daxili qoşunlarının xüsusi batalyonunun əməkdaşları iştirak ediblər.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO