Jurnalistlər yenidən mühakimə olunacaq
Bizi izləyin

Dünya

Jurnalistlər yenidən mühakimə olunacaq

Misir məhkəməsi Əl-Cəzirə televiziya şirkətinin həbs edilmiş üç müxbirinin məhkəməsinin yenidən keçirilməsi barədə qərar çıxarıb.

Publika.az xəbər verir ki, Qahirədə kassasiya instansiyası məhkəməsi qərarı qısa dinləmədən sonra elan edib, lakin yeni prosesin keçiriləcəyi günü təyin etməyib.

Avstraliyalı Peter Qrest, əslən misirli olan Kanada vətəndaşı Məhəmməd Fəhmi və misirli Baher Məhəmməd özləri məhkəmədə iştirak etməyiblər. Onlar həbsxanada qalmaqda davam edəcək.

Jurnalistlər 2013-cü ilin dekabrında Qahirədə ofislərinin yerləşdiyi mehmanxanada həbs edilib. İyul ayında məhkəmə onları Müsəlman Qardaşları təşkilatınıə dəstəkləməkdə təqsirli bilib və Qrest ilə Fəhmini yeddi il, Məhəmmədi isə 10 il həbsə məhkum edib.

Əl-Cəzirə şirkətinin sözçüsü Misir rəsmilərini müxbirləri dərhal azad etməyə və ədalətsizliyə son qoymağa çağırıb.

Şəbəkə müxbirlərin vəzifələrini yerinə yetirdiklərini və sabiq prezident Məhəmməd Mürsi və Müsəlman Qardaşları təşkilarını dəstəkləmədiklərini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm