22 sərnişinin cəsədi tapıldı
Bizi izləyin

Dünya

22 sərnişinin cəsədi tapıldı

AirAsia sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölən srnişinlərdən 22 nəfərinin cəsədi sudan çıxarılıb.

Publika.az-ın məlumatına görə, əlverişsiz hava şəraiti axtarışların davam etməsinə mane olub. Meteoroloqlar güclü külək və yağışın bazar gününədək davam edəcəyini proqnozlaşdırır.

Dalğıclar Borneo adasının yaxınlığında A320 təyyarəsinin qəzaya uğradığı ərazidə Sonarın cihazının köməyilə okeanın 30-50 metr dərinliyində böyük, tünd obyekti tapmağa çalışır.

Qeyd edək ki, keçən bazar qəzaya uğrayan təyyarədə 162 sərnişin və ekipaj üzvü olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm