Dünya
2015-ci ildə nələr olacaq? - PROQNOZ
“Rusiyada bütün variantlar mümkündür: Qərblə münasibətlərdə sürətli istiləşmədən tutmuş, Putinin siyasi gücünün növbəti nümayişinə, hətta Kremldə çevrilişə qədər. Putin 1999-cu ildən sonra ən ciddi imtahanla qarşılaşıb”.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə 2015-ci ildə dünyanın geosiyasi mənzərəsi ilə bağlı proqnozlarla çıxış edən Kanadanın “The Globe and Mail” nəşri yazıb.
Material müəlliflərinin fikrincə, Rusiyada iqtisadi çöküş ehtimalı 100 faizdir. Rusiyadakı maliyyə böhranının qlobal bank sistemini “yoluxdurma” ehtimalı isə 21 faizdir. Ehtimala görə, prezident Putin Ukrayna və yaxud da başqa bir qonşu dövlətdə stabilliyi güclü şəkildə pozmaqla xalqın diqqətini ölkədaxili problemlərdən yayındırmağa çalışacaq. Belə bir ehtimal isə məqalədə 76 faiz qiymətləndirilir.
Material müəllifləri Rusiyanın taleyini 2015-ci ilin əsas mövzusu hesab edir: "Putin küncə sıxışdırılmış siçovul vəziyyətindədir. İndi o, Ukrayna məsələsində güzəştə getməklə təhlükəli vəziyyətdən çıxa bilər. Amma kəşfiyyatçılar Putinin siyasi gücünün növbəti nümayişini gözləyir. Sanksiyalar isə öz təsirini göstərir. Ukraynaya hərbi müdaxiləyə son qoyulmayana kimi onları ləğv etmək olmaz. İcazə vermək olmaz ki, Putin Qərbi parçalasın və öz təsirini cəzasız şəkildə genişləndirsin".
Hesab edilir ki, Putin hansısa bir yeni konsepsiyanı təklif etməlidir: “Putin 2014-cü ildə Qərblə qarşıdurmada öz nüfuzunu bərpa etdi. Mümkündür ki, o, sonrakı addımları üçün həvəslənəcək: Ukraynanın daha dərindən qarışdırılması, Krıma, hətta Moldovaya qədər quru dəhlizinin yaradılması. Amma sink tabutlar daxili siyasət səhnəsində qeyri-populyar hadisədir və uzunmüddətli kampaniyalar üçün ağır nəticələr verir. Asiyaya tərəf dönməsi isə Rusiyanı hələ investisiyalarla təmin etməyib”.
Müəlliflərin fikrincə, İŞİD terror təşkilatının nəzarətində olan ərazilərin azalma ehtimalı 88 faizdir. Təşkilatın Qərbdə terror aktlarına törətmə ehtimalı isə ən yüksəkdir. Avrozonada düşmə ehtimalı 61, neftin bir barelinin qiymətinin 60 ABŞ dollarından yüksək olması ehtimalı isə 59 faiz qiymətləndirilir.
ABŞ-ın “Sony Pictures” şirkətinə kiberhücumu xatırladan qəzet digər böyük şirkətlərə qarşı kiberhücum ehtimalının 100 faiz olduğunu düşünür.
Materialda hesab edilir ki, Qərb üçün 2015-ci ildə ikinci imtahan İranla bağlı olacaq: “ABŞ prezidenti Barak Obamanın qiymətləndirməsinə görə, neft gəlirlərinin azalması İran prezidenti Həsən Ruhanini nüvə proqramı məsələsində güzəştlərə məcbur edəcək. Amma Obamanın İŞİD-ə qarşı mübarizədə İranı müttəfiqə çevirmək ümidi ən yaxşı halda ağlasığmazdır”.
Kanada nəşri 2015-ci ilin əsas hadisələrindən birinin ABŞ-da prezident seçkiləri kampaniyasının olacağını proqnozlaşdırır. Əsas mübarizənin isə demokrat Hillari Klinton və respublikaçı Ceb Buş arasında gedəcəyi gözlənilir.
Materialda həmçinin terror təşkilatlarının 2015-ci ildə güc toplayacağı bildirilir: “Çox kövrək dövlətlərdə terror qruplaşmaları güc toplayırlar. Livan və İordaniya bu baxımdan misal göstərilə bilər. Eyni zamanda, “Əl-Qaidə” ən güclü və uzunmüddətli təhlükə olaraq qalır. Onunla bağlı qruplaşmalar Yəməndə və Liviyada güc toplayırlar”.
Ömər Dağlı
-
Sosial12:15
Sabah yağış yağacaq
-
Müsahibə11:20
“Puma”dakı yeganə azərbaycanlı: Müraciətimdən bir saat sonra zəng etdilər ki...
-
Sosial11:00
Xarici investorlar Azərbaycanın tikinti sektorunda: Nə gözlənilir?
-
Sağlamlıq10:40
Bu saatlarda alma yemək olmazmış - İnanılmaz zərərləri ortaya çıxdı
-
Ekopublika.az10:00
"S&P"dən manatın məzənnəsi ilə bağlı PROQNOZ
-
Nəqliyyat09:25
Bu yolda sürət həddi endirildi
-
MDB07:35
Putinin illik böyük mətbuat konfransına hazırlıq - Süni intellektdən istifadə olunacaq
-
Magazin207:15
Tom Kruzdan qızı ilə bağlı gözlənilməz addım - 30 yaşı tamam olanda...