Dünya
Suriyalı qaçqınlara məhdudiyyət qoyuldu
Qaçqın axınını azaltmaq məqsədilə Livan hökumətinin qəbul etdiyi məhdudiyyətlər bazar ertəsi qüvvəyə minib.
Publika.az xəbər verir ki, yeni qaydalara əsasən, sərhəddə giriş vizasını əldə etmək üçün müraciət edən suriyalılar müəyyən kriteriyaya cavab verməlidirlər. İndiyədək onlar Livanda 6 ay müddətinə qalmaq haqqına malik olublar.
Bu, ölkəyə gələn qaçqınların sayını azaltmağa yönələn addımlardan biridir.
Livan artıq bir milyondan çox Suriya qaçqınını qəbul edib.
3,2 milyon suriyalı qaçqının yaşadığı ölkələr:
Livan - 1,45 mln adam;
Türkiyə - 1,1 mln adam;
İordaniya - 620 mln adam;
İraq - 230 mln adam;
Misir - 137 mln adam.
Livanda artıq 650 min fələstinli qaçqın yaşayır və bu ölkə adambaşına ən çox qaçqınlara malik olan dövlətdir.
"Qaçqınların sayını təsəvvür etmək çətindir. Yalnız qeydiyyatdan keçən suriyalı qaçqınların sayı 1,1 мilyona çatır. Daha yarım milyon suriyalının ölkədə qeyri-rəsmi qaldığı güman edilir. Belə çıxır ki, bu kiçik ölkənin hər 3-cü sakini suriyalıdır”, - BBC müxbiri Paul Wood bildirir.
Onun sözlərinə görə, qaçqınların gəlişilə ölkədə kirayə haqqı artıb və bəzən 10-15 adamdan ibarət suriyalı ailələrin bir otaqda yaşadığını görmək olar.
Livanda qeydiyyatdan keçməmiş yaşayan suriyalı qaçqınlara yeni viza məhdudiyyətlərinin necə təsir edəcəyi məlum deyil.
Oktyabr ayında Livan hökuməti xüsusi hallardan başqa qaçqın qəbul etməyəcəyini elan edib. Eyni zamanda Beyrut bildirib ki, Suriya vətəndaşlarına iş və turist vizalarının verilməsini davam etdirəcək.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO