Dünya
“Aysberq çevrilə bilər” - Rusiyalı politoloqdan Putin üçün faciəli SSENARİ
“Rusiya prezidenti Vladimir Putin dövləti idarəetməni itirir və çaşqın vəziyyətdədir. O, nəticədə, sadəcə olaraq, Rusiya Federasiyasında vəziyyətə təsir baxımından “yox” ola bilər”.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Azadlıq" radiosuna müsahibəsində rusiyalı politoloq Qleb Pavlovski bildirib.
Ekspert Rusiya prezidentinin devrilməsi əməliyyatının hazırlanması fikrilə razı deyil. Onun sözlərinə görə, Putin hakimiyyətdən başqa yolla məhrum ola bilər.
“Bu, strateji böhrandır və məhz sistemin böhranıdır. Hamı bir insanı müzakirə edir. Sanki o, Allahdır. O, istedadlı və bacarıqlı insandır. Doğrusu, onun hələ seçimi qalır: reallığı dərk etmək. O, bu halda, ümumiyyətlə, hansısa bir formada “yox” olacaq”, - Pavlovski vəziyyəti təsvir edib.
Siyasi texnoloq əmindir ki, 2015-ci il Rusiya üçün daha dinamik il olacaq və ölkə daxilində qarşıdurma daha da güclənəcək: “Putin şəxsi sistemin yoxluğunu kompensasiya edə bilmir. O, təkdir və bu sistemin simvolik mərkəzidir. Düşünürəm ki, bizi hansısa daxili münaqişələr zolağı gözləyir. Burada bizə, təəssüf ki, heç kim kömək edə bilmir. KİV əhəmiyyətli informasiya üçün qapalıdır, onlar ölkədə parçalanmanın dərinləşməsi üzrə pisniyyətli kampaniya aparırlar. Və bütün bunlar nəticədə aysberqin çevrilməsi və cəmiyyət daxilində münaqişə üçün işləyir. Bu çevrilməyə hazır aysberqdir...”
Ömər Dağlı
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi