Əsədin ordusuna qarşı “Aişə Ana Briqadası” - FOTOLAR
Bizi izləyin

Dünya

Əsədin ordusuna qarşı “Aişə Ana Briqadası” - FOTOLAR

Suriyadakı vətəndaş müharibəsində ər və uşaqlarını itirən qadınlar Bəşər Əsəd rejiminə qarşı döyüşmək üçün yeni silahlı birlik yaradıb.

Publika.az-ın İngiltərənin “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, Suriyanın ikinci böyük şəhəri Hələbdə Azad Suriya Ordusuna dəstək vermək üçün döyüşən silahlı qadınlar özlərini “Aişə Ana Briqadası”nın üzvləri adlandırır.

Adını Məhəmməd peyğəmbərin həyat yoldaşının adından götürən briqada üzvləri əsgər forması geyinir və Hələb küçələrində əllərində “Kalaşnikov” silahı ilə gəzirlər. Silahlı qadınlar eyni zamanda cəbhədə qurulan xəstəxanalarda yaralılara kömək edirlər.

“Aişə Ana Briqadası”nın qurucusunun Umm Ömər olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm