Baş nazir İstanbuldakı terrordan danışdı
Bizi izləyin

Dünya

Baş nazir İstanbuldakı terrordan danışdı

"Toplantı əsnasında belə bir kədərli xəbəri aldıq. Bombalı hücum olub. Bir qardaşımızı, Kənan Kumaşı şəhid verdik. Qəhrəmancasına bu təcavüzə sinə gərdi. Ailəsinə və hüquq-mühafizə təşkilatına başsağlığı verirəm".

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyə Baş naziri Əhməd Davudoğlu İstanbulda Turizm Polis İdarəsinə edilən hücumla bağlı açıqlamasında deyib.

Davudoğlu kamikadze qadının hər hansı bir terror şəbəkəsinə bağlı olub-olmadığının araşdırıldığını deyib. Terrorçunun üzərindəki iki ayrı bombanın da zərərsizləşdirildiyini deyən Davudoğlu polisin qəhrəmancasına davrandığını və təhlükənin böyüməsinin qarşısını aldığını bildirib.

Qeyd edək ki, ötən gün axşam saatlarında İstanbulda Turizm Polis İdarəsinə daxil olan qadın üzərindəki bombalardan birini partladıb. Nəticədə bir polis ölüb, ikisi yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm