Dünya
Məhəmməd peyğəmbərin karikaturaları yenidən çap olundu - ŞOK
Fransanın “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücumun motivlərindən hesab olunan Məhəmməd peyğəmbərin karikaturaları yenidən gündəmə gəldi.
Publika.az-ın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, dünyanın bir sıra aparıcı nəşrləri Məhəmməd peygəmbərin karikaturalarını dərc edib.
Karikaturaları “Business Insider”, “Huffington Post”, “CNN Money” kimi Amerika nəşrləri dərc edib. “Daily Beast” saytında isə “Charlie Hebdo”un 16 ən qalmaqallı karikaturası ilə slayd yerləşdirilib. Bu karikaturalar 2011-ci ildə “Charlie Hebdo” jurnalında dərc edilmişdi. “Daily Beast” nəşrinin baş redaktoru Noy Şaxtman fransız jurnalı ilə həmrəylik nümayiş etdirdiyini və bu addımı atarkən bir az da olsun tərəddüd etmədiyini deyib.
Karikaturaları “Deutsche Welle” başda olmaqla Almaniyanın bəzi qəzetləri yenidən çap edib. “Biz həlak olanlara hörmət əlaməti olaraq karikaturaları dərc edirik. Onlar söz azadlığını müdafiə edirdilər", - “Deutsche Welle”nin oxuculara müraciətində deyilir. “Charlie Hebdo”nun bir müddət əvvəl dərc etdiyi karikaturaları Danimarkanın “Berlingske” qəzeti də dərc edib.
Eyni zamanda aparıcı qəzetlər, telekanallar və xəbər saytlarının əksəriyyəti Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməmək barədə qərar verib. “BuzzFeed” portal, Amerikanın NBC, CNN, ABC və CBS telekanalları bu cür qərar verən KİV-lərdəndir.
Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 1969-cu ildə fəaliyyətə başlayıb. 1981-ci ildə fəaliyyətini dayandıran jurnal 11 il sonra yenidən çap olunmağa başlanıb. Jurnal Danimarkanın “Jyllands-Posten” nəşrində dərc edilən Məhəmməd peyğəmbərin karikaturalarını 2006-cı ildə yenidən çap etməklə tanındı.
“Charlie Hebdo” “Müsəlmanların günahsızlığı" filminə qarşı müsəlmanların etiraz etdiyi bir vaxtda - 2012-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarının yeni seriyasını dərc etdi.
Ömər Dağlı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?
-
İqtisadi gündəm11 Dekabr 22:26
İlon Maskın sərvəti fantastik həddə çatdı
-
İdman11 Dekabr 20:50
DÇ-2030-un hansı ölkələrdə keçiriləcəyini FİFA rəsmən açıqladı
-
Yaxın Şərq11 Dekabr 20:40
Əsədin atasının məzarını yandırdılar - FOTOLAR