Dünya
Parisdəki terrorda “Mossad” izi – Şok iddia
Fransanın paytaxtı Parisdə “Charlie Nebdo” satirik jurnalının redaksiyasında törədilən terror aktı ilə bağlı şok iddia irəli sürülüb.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Free Gaza” hərəkatının sözçüsü Qreta Berlin Parisdəki terror aktının İsrailin kəşfiyyat təşkilatı “Mossad” tərəfindən həyata keçirildiyini iddia edib.
“Free Gaza” hərəkətinin nümayəndəsi bu barədə özünün “Facebook” səhifəsində bildirib.
“Bu terror aktı “Mossad” təşkilatının bir müddət əvvəl Fələstinlə Fransa arasında imzalanmış sazişinə cavabıdır. Ümid etmək qalır ki, fransız polisi terror aktını İsrail kəşfiyyatının həyata keçirdiyini anlayacaq və hücumun müsəlmanlar tərəfindən edildiyini güman etməyəcəklər. Çünki Fransa onların dostudur. Axı İsrail Fransaya xəbərdarlıq edirdi ki, Fələstinə səs verəcəkləri halda bunun ciddi nəticələr olacaq. Hətta dördyaşlı uşağa da aydındır ki, bu dəhşətli hücuma görə kim məsuliyyət daşıyır”, - Qreta Berlin yazıb.
Qeyd edək ki, analoji bəyanat Rusiyadan da verilib. Geosiyasi Problemlər Akademiyasının prezidenti, istefada olan general-polkovnik Leonid İvaşov “IslamNews” saytında dərc edilən şərhində terror aktına görə İsraili ittiham edib.
Ömər Dağlı
-
Rəsmi xronika14:12
İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13:33
Paşinyan telefondakı intim yazışmaları oxudu və... - İrəvanda siyasi böhran
-
Dünya13:21
Əks-hücum olacaq, Həma çölündə müdafiə xətti gücləndirilir: Xəritə dəyişəcək
-
İdman12:40
Messi ilə bağlı unikal faktlar: Pepi qəzəbləndirib, qorxuya belə qalib gəlib - FOTOLAR
-
Kriminal12:15
Azərbaycanda qadından bacılarına qarşı ŞOK İDDİA: "Biri ərimlə yatdı, digəri isə..."
-
Köşə11:20
Çoban Vəfanın “qoyun sürüsü”
-
Sosial10:32
Araz Əsgərliyə yeni vəzifə verildi
-
Rəsmi xronika09:56
Prezident onları təltif etdi