Qəzaya uğrayan təyyarənin füzelyajının əsas hissəsi tapılıb
Bizi izləyin

Dünya

Qəzaya uğrayan təyyarənin füzelyajının əsas hissəsi tapılıb

Qəzaya uğramış AirAsia təyyarəsinin axtarışlarını həyata keçirən əməliyyat qrupu ərazini skan edilərkən Yava dənizinin 30 metr dərinliyində 10 х 4 х 2,5 ölçülü obyekt aşkar ediblər.

Publika.az-ın məlumatına görə, İndoneziya hakimiyyəti aşkar edilən obyektin qəzaya uğramış AirAsia təyyarəsinin füzelyajının əsas hissəsi olduğunu güman edir.

Axtarış qrupu lokatorlar vasitəsilə aşkar edilən parçanın yaxınlığında “qara qutuların” tapılacağına ümid edir.

Bu arada hava şirkətinin rəhbəri Tony Fernandes QZ8501 reysinə məxsus “qara qutunun” tapılmasına dəlalət edən “əsaslı məlumatın” olduğunu bildirib.

Qeyd edək ki, göyərtəsində 162 adam olan Airbus A320-200 təyyarəsi dekabrın 28-də İndoneziyadan Sinqapura yollanarkən yoxa çıxıb.

AirAsia şirkətinin yaydığı məlumata əsasən, yoxa çıxmaqdan əvvəl QZ8501 reysilə uçuş həyata keçirən təyyarə pis hava şəraitilə bağlı marşrutun dəyişdirilməsi üçün dispetçer xidmətinə müraciət etmişdi.

Qəzanın səbəbləri müəyyən edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm