Dünya
Yaponiya hərbi xərcləri rekord həddə çatdırdı
Gələn ilin aprelində başlayacaq növbəti maliyyə ilində Yaponiyanın hərbi xərcləri rekord həddə artırılaraq 4,98 trilyon yen (təqribən 41,8 milyard dollar) təşkil edəcək.
Bu barədə Kyodo informasiya agentliyinin hökumətdəki mənbələrə istinadla yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, gələn maliyyə ili üçün planlaşdırılan ölkə büdcəsində hərbi xərclər üçüncü il dalbadal artaraq, əvvəlki ildəkindən iki faiz çox olacaq.
2018-ci ilədək Yaponiyanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə əlaqədar ortavədəli plan hərbi xərclərin illik həcminin səkkiz faiz artırılmasını nəzərdə tutur və 2016-cı ildə bu xərclərin 5 trilyon yenə (təqribən 42 milyard dollardan çox) çatdırılması planlaşdırılır.
Agentlik bildirir ki, Yaponiyada hərbi xərclərin artırılması səbəbi kimi Çinin bu sahədə fəallaşması və xüsusən də Senkaku adaları ətrafında gərginliyin artması göstərilir.
Yaponiyanın hərbi gücünün artırılması nəticəsində ilk növbədə altı ədəd yeni nəsil “F35” qırıcı təyyarəsinin və beş “MV-22” Ospreyinin alınması nəzərdə tutulur. Bundan əlavə, ABŞ-ın Naqo şəhərindəki (Okinava prefekturası) Futenma hərbi bazasının köçürülməsi üçün 150 milyard yen (1,2 milyard dollar) lazımdır.
Yaponiyada hərbi xərclərin artırılmasına 2013-cü ildə, Baş nazir Şinzo Abe 2012-ci ilin dekabrında hakimiyyətə qayıtdıqdan sonra başlanılıb.
-
MDB09:13
Avtomobil bazarı çökdü: Səbəb bəllidir
-
Magazin108:48
Gülyaz Məmmədovaya 47 dəfə elçi düşən məşhur musiqiçi kimdir?
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər