Dünya
“Paris terroru Rusiyapərəst faşistləri aktivləşdirəcək” - MÖVQE
“Fransada 7-9 yanvar tarixində baş verən terror aktları daha çox Rusiya üçün əlverişlidir”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri TSN telekanalının efirində Krım tatarlarının lideri Mustafa Cəmilov Fransada 7-9 yanvar tarixində baş verən terror aktlarının baş vermə səbəbləri ilə bağlı versiyasını irəli sürərkən deyib.
“Bu cür faciələr baş verəndə cəmiyyət düşünməyə başlayır ki, bu, kim və yaxud kimlər üçün sərfəli ola bilər. Burada birmənalı nəticə çıxarmaq mümkündür ki, terror aktları daha çox Rusiya üçün əlverişlidir. Rusiyanın əsas məqsədi diqqəti Ukrayna barəsində həyata keçirdiyi terrorizmdən “islam terrorizmi”nin üzərinə keçirməkdir”, - Mustafa Cəmilov bildirib.
Krım tatarlarının lideri hesab edir ki, terror aktları Avropada radikal sağçılar və digər “faşistlər”in fəaliyyətini aktivləşdirəcək: “Terror aktları Fransada Milli Cəbhə Partiyasını, həmçinin başqa ölkələrdəki “faşistlər”i aktivləşdirəcək. Onlar isə öz növbəsində əksər hallarda Rusiyanı dəstəkləyirlər”.
Ömər Dağlı
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"
-
Hadisə13:05
Politoloq Azər Qasımlı saxlanıldı