Dünya
Türkiyə “çarşablı qadın” əməliyyatı keçirir - FOTO
Yanvarın 7-9-da Parisdə terror aktları həyata keçirən terrorçuların köməkçisi olduğu güman edilən şəxsin Türkiyə vasitəsilə Suriyaya keçməsi barədə informasiya Türkiyə təhlükəsizlik orqanlarını hərəkətə keçirib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, fransız polisinin axtardığı terrorçu qadın 26 yaşlı Hayyat Bumeddendir. Bununla bağlı sərhədi keçən bütün çarşablı qadınlar ən kiçik detallara qədər yoxlanılır.
Qeyd edək ki, barəsində axtarış elan edilən qadın hələ keçən həftə Fransadan qaçıb. Bu barədə danışan Fransa xüsusi xidmət orqanlarındakı mənbə onun Türkiyə vasitəsilə Suriyaya getdiyini deyib. Hayyat Bumeddenin yanvarın 9-da Parisin 20-ci dairəsində yerləşən marketdə insanları girov götürən Amedi Kulibalinin dini nikahlı həyat yoldaşı olduğu bildirilir.
Market hücumunu təşkil edən Amedi Kulibali isə BFM TV telekanalına zəng edərək əmrləri İŞİD terror qruplaşmasından aldığını deyib.
Sərhəddən keçən bütün çarşablı qadınların yoxlanılmasını istəyən səlahiyyətlər son bir həftə içində Suriyadan Türkiyəyə keçən və qaçqın düşərgələrində yerləşdirilən qadınların yenidən araşdırılması barədə göstəriş verib.
Ömər Dağlı
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi