Rus politoloq: “Putin sağ qalmaq üçün bunu etməyə çalışır”
Bizi izləyin

Dünya

Rus politoloq: “Putin sağ qalmaq üçün bunu etməyə çalışır”

“Putin Kremlə təsadüfən çıxmış bacarıqsızdır. Bəli, o, Kremlin dəhlizlərində hərəkət etməyi öyrəndi, amma fikirləşə bilmədi ki, XXI əsrdə ölkəni necə idarə etmək lazımdır”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın Bilderberq klubunun Rusiya üzrə mütəxəssisi Liliya Şemsova Litva KİV-inə müsahibəsində deyib.

“Biz bu gün görürük ki, Putin uçurumun kənarına yaxınlaşan Rusiya ilə bağlı nə edəcəyi barədə hətta ən kiçik anlayışa malik deyil. Əhalinin 80 faizi onu dəstəkləyir, amma bu hələ heç nə demək deyil. İflasdan əvvəl bütün nüfuzlu liderlər kütləvi dəstəyə sevinirdilər. Belə insan öz vətəndaşları və xarici dünya üçün çox təhlükəli ola bilər. O, ölkəni müharibənin paradiqmasına itələyərək sağ qalmağa çalışır. Hər halda biz rejimin can verdiyinin başlandığını görürük, bu Rusiya üçün çox ağrılı olacaq”, - rusiyalı ekspert bildirib.

Kremldəki qruplaşmaların öz aralarında qarşıdurma vəziyyətində olduğunu dilə gətirən Liliya Şemsova bu qruplaşmalarından hansınınsa liberalizmi ölkəyə gətirəcəyinə inanmır. O, qeyd edib ki, vəziyyəti pisləşən 60 faizdən çox rusiyalı Rusiyanın böyüklüyünə və Putinin müharibəsinə görə əvəz ödəməyə hazır deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm