Dünya
ABŞ Fransadakı yürüşə niyə qatılmadı?
Rəsmi Vaşinqton keçən həftə Parisdə terror hücumlarından sonra Fransada həmrəylik yürüşünə yüksək səviyyəli rəsmi nümayəndənin göndərilməməklə səhvə yol verildiyini etiraf edib.
Publika.az-ın məlumatına görə, Ağ Evin sözçüsü Coş Ernest mətbuat konfransında deyib ki, yürüşdə iştirak etmək üçün daha yüksək səviyyəli nümayəndə göndərilməli idi. O, Vaşinqtonun bunu etməməsini təhlükəsizlik səbəbləri ilə izah edib.
Amerikanın xarici işlər naziri Con Kerri isə birlik yürüşündə iştirak etmədiyinə görə ünvanına səslənən iradları qəbul etməyib. O deyib ki, ABŞ bu məsələ ilə yaxından məşğul olur və hücumun baş verdiyi vaxtdan Fransa ilə kəşfiyyat məlumatlarını bölüşür.
Qeyd edək ki, ABŞ birlik yürüşündə Fransadakı səfiri və Dövlət Departamentinin Avropa üzrə nümayəndəsi Viktoriya Nulandın timsalında təmsil olunub.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO