Fransadan qisas qərarı
Bizi izləyin

Dünya

Fransadan qisas qərarı

Fransa qanunvericiləri İraqda İslam Dövlətinə qarşı hava hücumlarında iştirak müddətinin artırılmasına qərar verib.

Publika.az-ın məlumatına görə, Milli Assambleyada çıxış edən baş nazir Manuel Valls deyib ki, Fransa dinə qarşı deyil, ekstremizmə qarşı müharibə aparır. O, Fransanın terrorizm, cihad və radikal islam əleyhinə müharibə apardığını bildirib. Baş nazir Frandanın vətəndaşlarını müdafiə edəcəyini deyib.

Parlamentin aşağı palatası qərar təsdiq edib.

Avropanın polis təşkilatının hesabatına əsasən 5 mindən artıq avropalı Suriyadakı döyüşlərdə iştirak edir. Bu isə onların vətənlərinə qayıtdacağı təqdirdə terror hücumlarına əl atacağı ehtimalını artırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm