Dünya
Rusiya Donetsk aeroportunda 250 hərbçi itirdi – FOTO /VİDEO
Ukraynanın Donetsk şəhər aeroportu uğrunda dünən gedən döyüşlərdə Rusiyanın 250-yə qədər hərbçisi həlak olub.
Publika.az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində jurnalist Pyotr Şuklinov bildirib.
“Hücum hələlik dəf edilib. Bəzi məlumatlara görə, kömək gəlib. Digər məlumatlarda isə vəziyyətin tamamilə pis olduğu bildirilir. Amma nəticə hələlik belədir: Rusiya əsgərlərinin yanmış cəsədləri bizim müdafiə xətti boyunca yerə səpələnib. Rəqəmlər müxtəlifdir. Əldə etdiyimiz məlumatlara görə, yerdə 50-dən 250-yə qədər Rusiya hərbçisinin cəsədi qalıb. Bu yalnız aeroport ərazisindədir”, - Şuklinov yazıb.
O əlavə edib ki, anti-terror gücləri aeroportun bir hissəsini itiriblər: “Bilmirəm, qərargah niyə aldadır. İtirilib. Amma bu heç nədir. Çərşənbə axşamı döyüşçülərimiz dözə bildilər. Çərşənbə günü yeni güclər aeroport ərazisində olacaq və müharibə davam edəcək”.
Anti-terror güclərinin qərargahından isə bildiriblər ki, Donetsk aeroportunun yeni terminalı Ukrayna hərbçilərinin nəzarəti altındadır. Dünən separatçılar aeroport ərazisindəki “kiborq”lara ultimatum irəli sürüblər. Bundan sonra isə atəş açılıb və dispetçer qülləsi dağıdılıb.
Ömər Dağlı
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı
-
İqtisadi gündəm13 Dekabr 19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə