Dünya
Şengen vizasının ləğvi tələbi rədd edildi
Fransanın sağ milliyyətçi “Milli cəbhə” partiyasının lideri Marin Le Pen Şengen zonasında sərhədləri keçərkən sənədlərin yoxlanılmasını bərpa etməyə çağırıb.
“AzərTAc” Euronews telekanalına istinadla xəbər verir ki, eyni
zamanda qaynar nöqtələrə getdikdən sonra cinayət törətmək üçün geri
qayıdanlardan Avropa pasportlarının alınması təklifi ilə də çıxış
edən Marin Le Pen kütləvi və nizamsız immiqrasiyanın öz ideyaları
ilə bəzi Fransa əyalətlərini zəhərləyən islam fundamentalçılarına
sərf etdiyini deyib.
Buna baxmayaraq, Strasburqdakı sessiyada bir çox avropalı
deputatlar Avropa İttifaqı (Aİ) daxilində hərəkəti məhdudlaşdırmağı
insan hüquqlarına qəsd kimi qiymətləndiriblər. Onların arasında
demokratiya və azadlığı nəinki terrorçulardan, eyni zamanda
daxildəki aşınmadan da qorumağın vacib olduğunu bildirən
niderlandlı liberal Sofi in Tveld də var.
Almaniyalı siyasi analitik Asem əl Diafraui administrativ
tədbirlərin sərtləşdirilməsinin Avropa İttifaqında radikallığı ram
etməyəcəyini qeyd edib.
Almaniya və İtaliya vizasız şengen rejiminin ləğv olunmasının
əleyhinə çıxış ediblər. Avropa İttifaqına sədrlik edən Latviya isə
bu məsələni Aİ-nin dövlət və hökumət başçılarının fevralda
gözlənilən görüşünün gündəliyindən çıxarıb.
-
Magazin109:45
Vəfa Şərifova izləyicilərini təhqir etdi: "Mən çobanam, siz isə..." - VİDEO
-
MDB09:13
Avtomobil bazarı çökdü: Səbəb bəllidir
-
Magazin108:48
Gülyaz Məmmədovaya 47 dəfə elçi düşən məşhur musiqiçi kimdir?
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO