Ərinin gözü qarşısında qonşunun arvadını öpdü, vəhşicəsinə döydü
Bizi izləyin

Dünya

Ərinin gözü qarşısında qonşunun arvadını öpdü, vəhşicəsinə döydü

Qonşular arasında xalça çırpmaq üstündə dava düşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Aksarayda Çerdigin məhəlləsi 1052 ünvanında qeydə alınıb.

Hüquq mühafizə orqanlarının məlumatına görə, 32 yaşlı Sezer D. adlı kişi ilə qonşusu, 32 yaşlı Sakine Adak adlı qadın arasında xalça çırpmaq üstündə mübahisə yaranıb. Bir müddət mübahisə edən tərəflər daha sonra dalaşmağa başlayıblar. İçkili vəziyyətdə olduğu iddia edilən Sezer D. Sakine Adakı öpməyə çalışdıqdan sonra onu vəhşicəsinə döyüb. Məhəllə sakinləri qadının döyüldüyünü gördükdə hadisə ilə bağlı dərhal polisi məlumatlandırıblar. Olay yerinə gələn polislər tərəfləri güclə bir-birindən ayırmağa müvəffəq olublar. Lakin Sezer D. hadisə yerindən qaçıb.

Baş vermiş insidentlə bağlı polisə ifadə verən Sakine Adak bildirib ki, qonşusu ona təcavüz etməyə çalışıb:

«Binanın qarşısında xalça çırpırdım. Bu vaxt qonşu sərxoş vəziyyətdə mənə yaxınlaşdı. O da xalça çırpmaq istədiyini dedi. Etiraz etdim. Məni öpməyə çalışdı. Müqavimət göstərdim. Məni döydü, yerlə sürüdü. Məqsədi məni evinə aparıb təcavüz etmək idi».

Sakine Adakın həyat yoldaşı isə «Sezer içkili vəziyyətdə idi. Gəldi mənə hücum çəkdi. Özümü qoruya bilmədim. Arvadımı gözümün qabağında öpməyə çalışdı, ona təcavüz edəcəkdi. Sonra xanımımı döydü. Təpiklə bir neçə dəfə onun belinə vurdu», deyə ifadə verib.

Polis qonşularından şikayətçi olan ər arvadı müayinə üçün xəstəxanaya aparıblar.

Hadisə yerindən qaçmış şəxsin barəsində isə axtarış elan olunub.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm