Dünya
Qəzaya uğrayan təyyarənin fyuzelyajını sudan çıxarmaq mümkün olmayıb
Yanvarın 15-də indoneziyalı xilasedicilər “AirAsia” şirkətinə məxsus qəzaya uğramış təyyarənin fyuzelyajını Yava dənizinin dibindən suyun səthinə qaldıra bilməyiblər.
Bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Bambanq Soelisti məlumat verib: “Əməliyyat hər birinin ağırlıq qaldırma gücü 10 ton olan hava balonlarının köməyi ilə aparılıb. Lakin bütün cəhdlər uğursuzluqla nəticələnib”.
Əldə olan məlumatlara görə, təyyarənin dənizin dibində aşkar olunmuş fyuzelyajının uzunluğu 26 metrə bərabərdir. Şəkillərdə A 320-200 təyyarəsinin korpusuna bitişik qanadı aydın görünür.
Agentliyin rəhbəri bildirib ki, hələ də həlak olanların əksəriyyətinin cəsədləri aşkar edilməyib. Həlak olanların böyük qisminin cəsədlərinin həmin fyuzelyajda olduğu güman edilir. B.Soelisti deyib ki, əməliyyat davam etdiriləcək.
Xatırladaq ki, dekabrın 28-də qəzaya uğramış təyyarə Yava dənizi üzərində olarkən radarların ekranından itib, sonradan onun parçaları dənizin dibində aşkar olunub. Hazırda xilasedicilər həmin parçaların çıxarılması ilə məşğuldurlar. Son məlumatlara görə, indiyədək dənizdən 50 cəsəd çıxarılıb.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO