Türkiyəyə xəbərdarlıq edildi
Bizi izləyin

Dünya

Türkiyəyə xəbərdarlıq edildi

Avropa Parlamenti Türkiyə hökumətinin ölkədə söz və ifadə azadlığına qarşı təzyiq göstərməsini sərt şəkildə təndiq edib.

Ötən gün deputatlar məsələ ilə əlaqədar müzakirələr aparıblar. Sonda səsvermə yolu ilə Türkiyəyə xəbərdarlıq edilməsinə dair bəyannamə qəbul olunub. 593 deputatdan 511-i qərarın lehinə səs verib.

Avropalı deputatlar, əsasən, ötən ilin dekabr ayında "Zaman" qəzeti və "Samanyolu" televiziyasına qarşı keçirilən reydləri təndiq ediblər.

14 dekabr reydləri zamanı 23 nəfər həbs edilmişdi. Həbs edilənlər arasında jurnalistlərlə yanaşı, prodüserlər, direktorlar, eyni zamanda, polis rəisləri və əməkdaşları da var idi. Türkiyə hökuməti saxlanılan şəxslərin “paralel hökumət” qüvvələri ilə əlqaəli olduğunu ehtimal edir.

Ötən gün isə “Cümhuriyyət” qəzeti Məhəmməd (S) peyğəmbərin karikaturasını dərc edən Fransanın “Charlie Ebdo” jurnalından səhifələr yayımladığı üçün qəzetin redaksiyasına qarşı istintaq başladılıb.

anspress.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm